Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar keçirilib.


Rekord.az xəbər verir ki, qadınların yarışında "Qarabağ" və "Kür" komandaları üz-üzə gəliblər.


Qarşılaşma "Qarabağ"ın 35:30 hesablı qələbəsi ilə bitib.


1-4-cü yerlər uğrunda digər matçda "Azəryol" "İdman Akademiyası"nı böyük hesabla üstələyib - 45:24.


Kişi həndbolçuların 1-4-cü yerlər uğrunda yarışında da iki oyun baş tutub. "Azəryol" "Bakı"nı 33:29 hesabı ilə məğlub edib. "Qarabağ" isə, çempionatın lideri "Kür"ə 26:37 hesabı ilə uduzub.