Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığında onun Hindistana səfər dəvətini qəbul edib.
Sitat.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Hindistan lideri Rusiya prezidentini ənənəvi illik ikitərəfli sammit üçün Hindistana səfərə dəvət etdiyini bir daha təkrarlayıb. Dəvət minnətdarlıqla qəbul edilib", - məlumatda deyilir.
Narendra Modi Vladimir Putini və bütün Rusiya xalqını qarşıdan gələn Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə təbrik edib.
Nigar,
Sitat.info