Prezident İlham Əliyev “Feldyeger rabitəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib, bu qanunun tətbiqi ilə bağlı 4 avqust 2023-cü il tarixli fərmanında dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti adı çəkilən qanuna əlavə olunmuş bəndə uyğun olaraq, diplomatik korrespondensiyanın daşınması qaydasını iki ay müddətində müəyyən edib dövlət başçısına məlumat verməli, dəyişiklikdən irəli gələn digər məsələləri həll etməlidir.
Tarix: 5 May 2025, 16:07