RU

Prezident İlham Əliyev “Sosial xidmət haqqında” qanunda dəyişikliyi təsdiqlədi

Bakı. Trend:

Prezident İlham Əliyev “Sosial xidmət haqqında” AzərbaycanRespublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunutəsdiqləyib.

Trend xəbərverir ki, sənədə əsasən, sosial işçi ərizənin ona təqdim edildiyigündən 10 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olantələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyatakeçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətingöstərilməsi yeri və müddətini özündə əks etdirən hesabathazırlayır.

Yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitindəolan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqiltəmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18yaşdan yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarındasosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu Qanunla müəyyənedilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əməkfəaliyyətinə cəlb olunmasından ibarətdir.

Sosial-mədəni xidmətlər – şəxslərin sosial-mədəni həyatauyğunlaşmasına, asudə vaxtının səmərəli təşkilinə yönəlmişdir.

Sosial xidmət müəssisələrində göstərilən xidmətlərinkeyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydasımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən müəyyən edilir.

Dövlət başçısı sözügedən sənədlə bağlı fərman da imzalayıb.

Избранный
0
8
az.trend.az

10Источники