RU

Avropa Rusiya qazından imtina etmək üçün plan hazırlayıb

Avropa Komissiyası Rusiya Federasiyasından qaz idxalını dayandırmaq üçün plan hazırlayıb. Bunu Brüsseldə keçirilən brifinqdə AK nümayəndəsi Stefan De Keersmaeker deyib .

Onun sözlərinə görə, AK bu planı Avropa Parlamentinin mayın 6-da Strasburqda  keçiriləcək sessiyasında təqdim edəcək.

Bloomberg bundan əvvəl yazmışdı ki, Avropa İttifaqı ölkələri 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalına qadağa qoyulmasına yönəlmiş tədbirlər təklif etmək niyyətindədir.

Aprelin 24-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya hakimiyyəti hazırda Avropa İttifaqına üzv ölkələrə mümkün qaz tədarükü ilə bağlı substantiv danışıqlar aparmır.

Aytac 

Избранный
0
anews.az

1Источники