RU

Ankarada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə tədbirlər başlayıb

Ankarada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə "Heydər Əliyev Doğum Həftəsi" tədbirləri başlayıb.
Silsilə tədbirlər çərçivəsində Türkiyə- Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) və Azərbaycanın Türkiyədəki Səfirliyinin birgə təşkilatçılığı ilə Şuşa Konqres Mərkəzində "Heydər Əliyev və Türk Dünyası" paneli təşkil olunub.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə 1 dəqiqəlik sükut və Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayan paneldə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və TADİV sədri Aygün Attar açılış çıxışları edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu və mirası, türk dünyasının birliyi üçün fəaliyyətindən danışıblar.
Paneldə Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının Türkiyədəki səfirləri, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin rəsmisi Ayşe Üzer Azərbaycan xalqının Ümummilli liderinin türk dünyasındakı yerindən danışıblar, onun yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ən böyük liderlərindən biri olduğunu vurğulayıblar.
Panelin davamında türk jurnalist, professor Aysel Sadak İltaşın "İnsan ürəyi ilə Heydər baba" kitabının təqdimatı baş tutub.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, millət vəkili Ayyüce Türkeş və Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç kitabı təqdim edərək, Ümummilli lider Heydər Əliyevi yalnız siyasətçi olaraq deyil, insani yönləri baxımından tanınması üçün rolunu qeyd ediblər və xüsusilə gənc nəsil üçün qaynaq kimi önəmini vurğulayıblar. 
Kitabın müəllifi Aysel Sadak çıxış edərək, kitabın yazılma prosesi barədə məlumat verib.
Paneldə Türkiyədən dövlət rəsmiləri, millət vəkilləri, diplomatik korpus nümayəndələri, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq idman çempionatının açılışı edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
2
olaylar.az

3Источники