RU

DSX mayoru Allahşükür Paşazadənin bacısı oğlunu döyüb-İDDİA

Dünya çempiyonu olan DSX mayoru Fuad Zeynalov Allahşükür Paşazadənin bacısı oğlunu döyüb.

Hadisə şahidlərinin Patrulaz.az-a verdiyi məlumata əsasən, dünən paytaxtın Nəsimi rayonunda yerləşən “Circle” Restoranından dünya çempiyonu, DSX mayoru Fuad Zeynalov mərhum general Şərif Əsədullayevin oğlu Əli Əsədullayevi döyüb.

Fuad Zeynalov aylar öncə tanınmış idmançılar tərəfindən döyüldüyünə görə, Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədovdan şikayətçi olmuş və onları həbs etdirmişdi.

Xatırladaq ki, Fuad Zeynalovun döydüyü Əli Əsədullayev Allahşükür Paşazadənin bacısı oğludur və keçən il vəfat edən uzun illər DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi işləyən, general-mayor Şərif Əsədullayevin oğludur.

//Aknews.az

Избранный
0
editor.az

1Источники