RU

Azərbaycana məxsus şirkətlərin qiymətli kağızlarının Lond Fond Birjasına buraxılması ölkəmizə nə verə bilər?

Bakı. Trend:

Azərbaycana məxsus şirkətlərin qiymətli kağızlarının BöyükBritaniyanın Lond Fond Birjasında (London Stock Exchange - LSE)ticarətə buraxılması müzakirə olunması vacib məqamdır.

Bunu Trend-ə açıqlamasındaiqtisadçı ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, bu istiqamətdə ölkəmiz geridə qalmaqdadır.

"Azərbaycan bazarının miqyasını nəzərə almış olsaq, burada irişirkətlərin formalaşması və öz qiymətli kağızlarını xarici fondbirjalarında təqdim etməsi çağırış hesab edilə bilər. Belə ki,ölkəyə xarici investisiyanın cəlb edilməsi və korporativ idarəetməmədəniyyətinin təkmilləşdirilməsi, institutlaşdırılması baxımındanqiymətli kağızların xarici birjalarda yerləşdirilməsi çoxəhəmiyyətlidir.

Artıq ölkəmizin qarşısında mürəkkəb geosiyasi və geoiqtisadimühit dayanır. Belə şəraitdə işğaldan azad edilmiş ərazilərinbərpası ilə bağlı layihələrin icrasına böyük vəsait tələb olunur.Həm dövlət müəssisələri, həm də özəl sektorun xarici bazarlaraaçılması, daha çox maliyyə vəsaiti cəlb etməsi, şirkətlərin idarəolunmasına təcrübənin gətirilməsi indiki şəraitdə böyük əhəmiyyətdaşımaqdadır", - o deyib.

R.Həsənov bildirib ki, müvafiq siyasət sürətlə idarə edilməkləyaranacaq potensial risklərə münasibətdə preventiv üsullardan birikimi nəzərdən keçirilməlidir:

"Bu istiqamətdə addımlar dolayısı ilə subyektlərin,müəssisələrin fəaliyyətinin şəffaflaşmasına, hesabatlılığındərinləşməsinə, orta və uzunmüddətli dövrdə iqtisadiyyatın formalseqmentinin fiskal faydalarının artmasına gətirib çıxaracaq. Çünkixarici birjalarda qiymətli kağızların yerləşdirilməsi müəssisəninnəticələrinin performansına, nəticələrinə bağlı prosesdir. Buistiqamətdə şəffaflıq, hesabatlılıq qaçılmaz olacaq".

İqtisadçı ekspert Bəhruz Zöhrab qeyd edib ki,Azərbaycana məxsus şirkətlərin Londan Fond Birjası (LSE) kimiqlobal bir birjada ticarətə buraxılması ölkə iqtisadiyyatına müsbəttəsir göstərə bilər.

O bildirib ki, bu təsirlər həm birbaşa, həm də dolayı olabilər:

"Londan Fond Birjasına çıxan şirkətlər beynəlxalq investorlarındiqqətini çəkir. Bu, Azərbaycana xarici sərmayə axınını artırabilər, çünki birjada ticarət olunan səhmlərə sərmayə qoymaqlaxarici investorlar birbaşa Azərbaycan iqtisadiyyatına daxil olmuşolurlar.

LSE-də listinq üçün ciddi hesabatlılıq və şəffaflıq tələblərivar. Bu, şirkətlərin maliyyə hesabatlarının beynəlxalq standartlarauyğunlaşdırılmasına, korporativ idarəetmənin gücləndirilməsinəsəbəb olar. Dolayı yolla, bu, ölkədəki digər şirkətlərə də nümunəola bilər. Azərbaycan şirkətlərinin LSE kimi nüfuzlu birjayaçıxması ölkənin beynəlxalq imicinə müsbət təsir edir. Bu, həmturizm, həm də qeyri-neft sektorlarında marağın artmasına kömək edəbilər".

Ekspert qeyd edib ki, bu addım daxili fond bazarının inkişafınada stimul verə bilər.

"Yerli investorlar və şirkətlər beynəlxalq təcrübədən faydalana,daha geniş maliyyə alətlərinə çıxış əldə edə bilər. Xariciinvestorların yatırdığı vəsaitlər ölkəyə valyuta şəklində daxilolur. Bu isə tədiyyə balansını yaxşılaşdırır və manatın sabitliyinədəstək verə bilər", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycana məxsus şirkətlərin qiymətlikağızlarının Böyük Britaniyanın Lond Fond Birjasında (London StockExchange - LSE) ticarətə buraxılması müzakirə olunub.

Məlumata görə, birjanın nümayəndə heyəti Azərbaycan və BöyükBritaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə HökumətlərarasıKomissiyanın 7-ci iclası çərçivəsində Londona işgüzar səfər edib.Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankı vəBöyük Britaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri iləbirgə LSE-də görüşdə iştirak ediblər. Görüşdə Azərbaycanşirkətlərinin LSE-də dual listinqə və xarici kapitala çıxışlarıimkanının araşdırılması, xarici investorların Azərbaycanın kapitalbazarları ilə bağlı məlumatlılığının artırılması məqsədilə LSE-nindata və analitikasında yer alması müzakirə edilib. Fond bazarlarıarasında olan qarşılıqlı əməkdaşlıq hər iki ölkə arasında mövcudsıx iqtisadi münasibətlərə dəstək verəcək, eyni zamanda, yerlişirkətlərin kapital bazarları ilə inkişafında mühüm roloynayacaq.

Məqalədə:
Избранный
0
1
az.trend.az

2Источники