RU

Daha bir "Bolt" sürücüsü dələduzluğa görə həbs edildi

Bakıda "Bolt" sürücüsü dələduzluğa görə həbs edilib. 

Qaynarinfo xəbər verir ki, Şəhriyar adlı taksi sürücüsünün qurbanı xanım müştərisi olub. 

Şəhriyar müştərisinin heç yerdə işləmədiyini bildikdə ona "Qızıl Buta" ictimai-siyasi, analitik jurnalının əməkdaşını olduğunu bildirib. "Bolt" sürücüsü müştərisinə iş məsələsində kömək edəcəyinə inandıraraq ondan 6500 manat pul alıb.

Lakin Şəhriyar vədini yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. 

Şəhriyar saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Əvvəlcə onun barəsində həbs qətimkan tədbiri seçilib. Bir ay sonra isə həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəzlənib. 

Избранный
0
demokrat.az

1Источники