İsveçrə Bazeldə keçiriləcək "Eurovision" yarışmasının təhlükəsizliyi təmin etmək üçün 40-a yaxın əsgər göndərəcək.
Musiqi yarışması mayın 11-dən 17-dək baş tutacaq.
Bu barədə ölkənin Federal Şurasının saytında dərc olunmuş məlumatda deyilir.
Qeyd olunur ki, hərbçilər xüsusilə xüsusi mühafizə tələb edən infrastruktur obyektlərinin profilaktik yoxlanışında iştirak edəcəklər.