Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Quba mərhələsinin ilk iştirakçıları bəlli olub.
İdman.biz xəbər verir ki, artıq 5 komandanın turnirdə iştirakı dəqiqləşib.
Polşa, Filippin və Qazaxıstan milliləri, həmçinin Niderlandın U-25 yığması Qubada mübarizə aparacaq. Macarıstanın “Qyor” klubu da turnirə sifariş olunub.
Qeyd edək ki, Quba mərhələsi avqustun 23-24-də keçiriləcək.
İdman.biz