RU

Təyyarə TƏCİLİ ENİŞ ETDİ

İranda Tehran-Buşehr reysi üzrə havaya qalxan ATA Hava Yollarına məxsus sərnişin təyyarəsinin texniki nasazlıq səbəbilə məcburi eniş etdiyi bildirilib.

News24.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNAya danışan Buşehr Hava Limanının müdiri Abbas İsmaili, məsələ ilə bağlı məlumat verib.

İsmaili bildirib ki, təyyarə texniki nasazlıq səbəbilə Tehran Mihrabad Hava Limanına geri dönüb, nasazlıq aradan qaldırıldıqdan sonra uçuşuna davam edib.



Məryəm İlhamqızı


Избранный
0
news24.az

1Источники