Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 17 yaşlı İ.Məmmədov və 33 yaşlı V.Bağırov saxlanılıb.
Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə gəlir qazanmaq adı altında yalan vədlər verərək zərərçəkənlərin ümumilikdə 51743 manat pulunu ələ keçiriblər.
Son Yazılar:
- Sosial şəbəkələrdə dələduzluq edən iki nəfər SAXLANILDI
- Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsünə HÖKM OXUNDU
- Şəkidə ailəli kişi sevgilisini dağa aparan zaman qəzaya düşdü: özü öldü, qadın yaralandı
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşlara tövsiyə olunur ki, internet resurslarındakı saxta cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olsunlar, tanımadıqları və ya etibar etmədikləri şəxslərə onlayn ödəniş etməsinlər.