RU

"Nar, Allah evini yıxsın" - Jurnalistdən etiraz



Jurnalist Nicat Rüstəmov ( Novruzoğlu) “Nar” mobil şəbəkəsinin iş prinsipindən narazılığını bildirib. Bununla bağlı jurnalist "Facebook" sosial şəbəkəsində “Nar”-a kəskin etrirazını bildirib. aia.az Nicat Rüstəmovun statusunu olğu kimi oxucularını təqdim edr:


"Aprelin 30-u Ankarada hava limanına enən kimi (saat-22-35) NAR mobile-dən sms gəldi ki, rouminqdə sərfəli internet və zəng paketlərindən faydalanmaq istəyirsinizsə aşağıdakı paketlərdən birinə qoşulun. Təklif edilən 9 manatlıq olan 5 günlük 500 MB internet paketindən istifadə etmək üçün sms-də göstərilən *777*709#YES-i yığdım. İnternet açıldı.

Bir neçə dəqiqədən sonra sağ salamat çatmağımız barədə iki şəxsə məlumat verdim. Sonra internet kəsildi. NAR mobil internet tətbiqi vasitəsi ilə məlumatlarımı nəzərdən keçirmək istəsəm də alınmadı. Təxminən bir sutkaya yaxın bu tətbiq açılmadı. Nə illah elədimsə də internet qeybə çəkildi. Sonra qaldığım otelin Vİ Fİ-dən istifadə edərək Bakı ilə əlaqə saxlayıb NAR-ın 444-0777 nömrəsi ilə əlaqə saxladıq.

Bizə belə cavab verildi ki, 9 manat pulunuz hansısa internet xidmətləri üçün istifadə olunub. Amma hansı xidmətlər üçün bu barədə məlumat verilmədi. Bununla yanaşı 070-200-0777 ilə əlaqə saxlasam da pul çıxıldı amma danışıq alınmadı. O tərəfdən səs gəlmədi. 4 günü birtəhər Vİ Fİ hesabına qürbət diyarda yola verdim. Bu gün NAR-la əlaqə saxladım. 777-ni yığdım. İlahə adlı əməkdaşları ilə danışıq zamanı məlum oldu ki, qeyd etdiyim paketi əldə etmək üçün *444*709#YES yığmaq lazım imiş.

Bəs mənə NAR tərəfindən niyə səhv sms yollandırılıb (?) sualımın cavabı isə tapılmadı. Arada 9 manatım getdi. Özü də ilin ayın bu vaxtı. Sonda razılaşdıq ki, müraciətim yönləndirilsin texniki xidmətə. Müraciət kodum gəldi. Görək 9 manat qayıdacaq.
Manat qayıdası deyil. Niyə bu qənaətdə olduğumu yazacam. Hələ ki, gözləyək."



Избранный
0
aia.az

1Источники