RU

Tramp ikinci müddətindən sonra Ağ Evi tərk edəcək

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp prezidentlik müddətini tamamlayacağı tarixi açıqlayıb.

TurkicWorld xəbər verir ki, Donald Tramp ikinci prezidentlik müddətinin sonunda vəzifəsini təhvil verəcəyini bəyan edib.

Tramp ABŞ mətbuatına verdiyi açıqlamada , “Səkkiz illik prezident, iki müddət prezident olacağam. Bunun həmişə çox vacib olduğunu düşünmüşəm”- deyə o bildirib. O, bu qərarın ABŞ-da tətbiq olunan iki müddətlik prezidentlik prinsipi ilə üst-üstə düşdüyünü vurğulayıb.

Tramp, bir şəxsin iki müddətdən artıq prezident ola bilməyəcəyinə dair qaydanın konstitusiyada yer alıb-almadığını isə dəqiq bilmədiyini söyləyib.

Qeyd edək ki, ABŞ Konstitusiyasının 22-ci düzəlişi bir şəxsin maksimum iki dəfə prezident seçilə biləcəyini təsbit edir.

Избранный
0
turkic.world

1Источники