Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan sərhəddəki vəziyyətlə bağlı məlumatların operativ təqdim olunmasında problemlərin olduğunu etiraf edib.
Ulusal.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Yerli jurnalistlərin suallarını cavablandıran Sarkisyan bildirib ki, ictimaiyyət Müdafiə Nazirliyinin rəsmi saytı və digər rabitə vasitələri ilə vəziyyət barədə məlumatlandırılır.
Nazir müavini baş verən insidentlərdən yalnız bir neçə gün sonra məlumat verildiyinə dair suala cavabında “informasiya operativliyi ilə bağlı problemlər olduğunu” etiraf edib, lakin onun sözlərinə görə, son dövrlərdə belə problemlər müşahidə olunmur.
9 mayda Moskvada keçiriləcək paradda Ermənistan bölməsinin iştirak edib-etməyəcəyi ilə bağlı suala isə Sarkisyan cavab verməkdən imtina edib.Musavat.com