RU

"Bolt" "Komfort+" kateqoriyasını ləğv edib - FOTO

"Bolt" taksi şirkəti xidmətlərində dəyişiklik edib, "Komfort+" kateqoriyası ləğv olunub.

"Bolt" taksi şirkəti müştərilərə təqdim etdiyi xidmətlərində dəyişiklik edib.

Operativ Media xəbər verir ki, artıq sifarişlər zamanı "Komfort+" kateqoriyası müştərilər üçün görünmür. 

Taksi sürücüləri də həmin kateqoriyanın "Bolt"dan çıxarıldığını bildirirlər. 

Beləliklə şirkət hazırda müştərilərə ekonom, komfort, biznes və çatdırılma kimi xidmətlər təklif edir.

Избранный
0
operativmedia.az

1Источники