RU

ABŞ vətəndaşlarına bu 21 ölkəyə getməmək üçün xəbərdarlıq etdi

ABŞ Dövlət Departamenti Səyahət Xəbərdarlığı siyahısını yeniləyib. Bu çərçivədə ABŞ səyahət etməyi tövsiyə etmədiyi ölkələrin sayını 21-ə çatdıraraq vətəndaşlarına xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, departament həmçinin dünya ölkələri üçün dörd səviyyəli səyahət məsləhət sistemi tətbiq edib.

Bunlara “Normal ehtiyat tədbirləri edin”, “Daha diqqətli olun”, “Səyahətinizi yenidən nəzərdən keçirin” və “Səyahət etməyin” xəbərdarlıqları daxildir.

ABŞ-ın “Getmə!” xəbərdarlığı etdiyi ölkələri təqdim edirik:

1. Şimali Koreya

2. Burkina Faso

3.Yəmən

4. İran

5. Cənubi Sudan

6. Suriya

7. Konqo Demokratik Respublikası

8. Əfqanıstan

9. Livan

10. Mərkəzi Afrika Respublikası

Избранный
0
publika.az

1Источники