RU

"Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"

Tanınmış idmançı Kamil Zeynallı maraqlı açıqlamalar verib.

 

Fitnes məşqçisi sahib olduğu mülkləri necə əldə etməsindən danışıb.

 

"Bu günləri həmd olsun ki, ev-eşiyim, şəraitim var. Vaxtında o xırda pulları xərcləyə də bilərdim. Dostum yaxın vaxtda 2021-ci ilin qalendvagenini alıb, sağlığına qismət. Məndə eyni markadan olan avtomobil 2011-ci ilindir. İki-üç dəfə maşınımı dəyişməyə cəhd etmişəm, əlimdə pul da olub. Avtomobil üçün yığdığım pula ev almışam.İlkin ödənişini vermişəm, qalan hesabı da 2-3 ilə kreditlə bağlamışam. O maşını alsaydım, bir ildən sonra qiyməti geriyə gedəcəkdi, amma aldığım evlə 2 dəfə çox pul qazanmış oldum.

 

Əfsuslar olsun ki, yaşadığımız ölkədə insana sürdüyü maşına, onun nömrəsinə, telefonuna evinə və geyiminə görə qiymət verirlər. Biz də cəmiyyətin bu adəti ilə ayaqlaşmağa çalışırıq.

 

Maşın alan dostum deyir ki, sənin ağlın yoxdur, ev tikdirirsən, kreditə mənzil alırsan, maşının bahalısını al, sür. İnsan 300-500 minlik avtomobil sürə bilər, əsas onun içində kimin olmağıdır. Sən, 500 minlik maşın sür, mən 20 minlik "Hunday" sürüm. Sən, o maşından düş, mən də "Hunday"dan, gör kim hörmətli qarşılanacaq. Pulun varsa, ən yaxşı maşını al. Dostumun evi yoxdur, kirayədə qalır, ancaq aylığı 5-7 min krediti olan maşın götürüb. Bu hansı məntiqlə doğrudur?"

Tarix: 5 May 2025, 15:05   
Избранный
0
6
pravda.az

8Источники