“Ermənistana qarşı hibrid müharibə aparılır, vaxtaşırı qızışdırılır, erməni soyadlı bəzi rusiyalı ekspertlər bu işə cəlb olunur, “hakimiyyəti dəyişməyə”, mitinqlər elan etməyə çalışırlar və sair”,- parlamentin sədri bildirib.
![]() |
Ermənistanla Kiriyenko məşğul olacaq |
Hibrid müharibənin səbəblərini Alen SimonyanErmənistanın müstəqilliyinin heç də hamının xoşuna gəlmədiyi ilə əlaqələndirb.
- Onların fikrincə, Ermənistan həmişə hansısa mərkəzdən asılı olmalıdır. Ermənistanın böyük qardaşı olmalıdır və anlamalıdır ki, böyük qardaşsız və ya super gücsüzonu yeyəcəklər. Buna görə də, mövcudluğunu ona borcludur”, - erməni siyasətçi vurğulayıb.
Xatrıladaq ki, Rusiyanın “Vedomosti” qəzeti bir ötən həftə Kremlin Ermənistanda informasiya gündəmi ilə işini gücləndirmək və 2026-cı ildə bu ölkədə keçiriləcək parlament seçkilərinə rusiyayönlü siyasətçiləri hazırlamaq qərarına gəldiyini yazıb. Nəşrin məlumatına əsasən, bununla məşğul olmaq Rusiya prezidenti administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya və onun tabeliyindəki idarələrin əməkdaşlarına həvalə edilib.
Sahil İsgəndərov
AzVision.az