RU

Azərbaycanın bu əraziləri seysmik cəhətdən TƏHLÜKƏSİZDİR

Azərbaycan ərazisi seysmik cəhətdən fəal zonada yerləşsə də, ölkənin bəzi bölgələri zəlzələ baxımından nisbətən təhlükəsiz hesab olunur. Mütəxəssislərin fikrincə, bu ərazilərdə yer qabığının fəallığı zəifdir və güclü zəlzələlərin baş vermə ehtimalı aşağıdır.

Yenisabah.az həmin bölgələri araşdırıb:

Xüsusilə Kür-Araz ovalığına düşən rayonlarda, eləcə də Cəbrayıl, Zəngilan və Naxçıvanın bəzi ərazilərində seysmik risk nisbətən aşağı səviyyədə qiymətləndirilir. Bu bölgələrdə geoloji struktur sabitlik göstərir və tarix boyu dağıdıcı zəlzələlər daha az qeydə alınıb.

Seysmoloji tədqiqatlara görə, ölkənin mərkəzi və cənub-şərq hissəsində yerləşən bəzi rayonlarda da yeraltı təkanların intensivliyi zəif olur. Bununla belə, mütəxəssislər bildirirlər ki, hər bir ərazidə tikinti zamanı seysmik dayanıqlılıq standartlarına ciddi şəkildə əməl olunmalıdır. Çünki zəif təkanlar belə, təhlükəsizlik tədbirləri görülmədikdə fəsadlara səbəb ola bilər.

Azərbaycan ərazisində zəlzələ riski ilə bağlı mütəmadi tədqiqatlar aparılır və nəticələrə əsasən regionların seysmik xəritəsi yenilənir. Mütəxəssislər vətəndaşlara rəsmi qurumların təlimatlarına əməl etməyi və zəlzələ zamanı davranış qaydalarını öyrənməyi tövsiyə edirlər.

Aytac Şahin


Telegram kanalımız
Избранный
0
1
yenisabah.az

2Источники