RU

Daşkənd Rusiyada vətəndaşlarının hüquqlarının pozulmasından narahatlığını bildirdi


Bu barədə məlumat xarici işlər nazirinin müavini Bobur Usmanovun Rusiya səfiri Oleq Malqinovla mayın 2-də Daşkənddə baş tutan görüşdən sonra məlum olub. Usmanov vurğulayıb ki, söhbət əməkçi miqrantların sistematik şəkildə təqib edilməsindən gedir. Onun sözlərinə görə, bu, onların Rusiya qanunları ilə təmin edilməli olan əsas hüquq və azadlıqlarını pozur. Görüşdə “Qaldırılan məsələnin hərtərəfli öyrənilməsinin və Özbəkistan tərəfinin narahatlığının Rusiya Federasiyasının səlahiyyətli orqanlarına çatdırılmasının zəruriliyi vurğulanıb”, - deyə Özbəkistan XİN-dən bildiriblər.

Surxay Əliyev

Избранный
0
baki-xeber.com

1Источники