RU

“Skype” bağlandı

2003-cü ildə istifadəyə verilən “Skype”, internet vasitəsilə pulsuz zəng və yazışma imkanı təqdim edərək rabitə dünyasında inqilab yaratmışdı.

Əvvəlcə proqramın adı “Sky Peer-to-Peer” idi, sonradan bu ad qısaldılaraq “Skyper” oldu, daha sonra isə sadəcə “Skype” adlandırıldı.

“Skype”ın ilk versiyaları “peer-to-peer” (P2P) texnologiyasına əsaslanırdı. Bu o deməkdir ki, zənglər serverlərdən deyil, birbaşa istifadəçilər arasında qurulurdu.

2011-ci ildə “Microsoft” “Skype”ı 8.5 milyard dollara almışdı. Bu, “Microsoft”un o dövrə qədər etdiyi ən böyük alış idi.

“Skype” 2000-ci illərin sonlarında internet üzərindən zəng bazarında ən geniş istifadə olunan proqram idi. “WhatsApp” və “Zoom” kimi proqramlar populyarlaşana qədər “Skype” bu sahədə lider idi.

Xatırladaq ki, “Microsoft” baş direktoru Bill Qeyts müsahibələrinin birində bir neçə aya “Skype”ın bağlanacağını bildirmişdi.

Избранный
0
vaxt.az

1Источники