Bakı. Trend:
Mayın 5-də Mərakeş Krallığının xanım şahzadəsi Lalla HasnaaŞəhidlər xiyabanını ziyarət edib.
Trend xəbərverir ki, Lalla Hasnaa Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyüuğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətənövladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl"abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyredən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülənabadlıq-quruculuq işləri barədə məlumat verilib.