RU

“Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesləri davam edir” - Simonyan

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesləri davam edir və hazırda heç bir fikir ayrılığı yoxdur”.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.

“Delimitasiya və demarkasiya prosesi davam edir. Hazırda müzakirə olunan bölmələr gələcəkdə prosesin davam etdirilməsi planlaşdırılan bölmələrdir. Məmnunluq hissi ilə qeyd edə bilərəm ki, biz bu prosesi başa çatdıracağıq və artıq qeyd etmişik ki, bu, Gürcüstanla sərhəddən İranla sərhədə qədər həyata keçiriləcək”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
0
missiya.az

1Источники