RU

Dollar bahalaşacaq? — İqtisadçıdan AÇIQLAMA

Son dövrlərdə dünya bazarında neftin qiymətində baş verən sürətli eniş, xüsusilə neftdən asılı iqtisadiyyatlara mənfi təsir göstərməkdədir. Belə ki, "Brent" markalı neftin qiyməti dünən 61 dollar təşkil edib. Bu rəqəm bir həftə əvvəl 66 dollar, bir ay əvvəl 74 dollar, bir il əvvəl isə 83 dollar idi. Son bir ildə qiymətlərdə 30 faiz, son bir ayda isə 19 faiz azalma müşahidə olunub.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, ilin əvvəlindən etibarən Azərbaycan neftinin orta qiyməti 70 dolları keçib:

“Bu səbəbdən hələ ki, iqtisadiyyat üçün ciddi bir təhlükə görünmür. Lakin cari tendensiyalar narahatlıq doğurur. Əgər neftin qiyməti ikinci rübdə 60 dollar civarında qalsa və bu eniş tendensiyası üçüncü rübdə də davam etsə, ölkə iqtisadiyyatında müəyyən problemlər yarana bilər. Belə olan halda valyuta gəlirləri azalacaq, tədiyə balansında mənfi saldonun yaranması mümkündür. İxrac etdiyimiz məhsulun qiymətindəki azalma, ümumi iqtisadi tarazlığa mənfi təsir göstərə bilər. Bu baxımdan, hazırkı mərhələdə vəziyyəti diqqətlə izləmək vacibdir. 

Əgər neftin qiymətində azalma tendensiyası davamlı hal alarsa, dövlət büdcəsində dəyişikliyə, hətta əlavə düzəlişlərə ehtiyac yarana bilər. Bu kimi hallarda büdcə siyasətinin çevik və adaptiv şəkildə idarə olunması xüsusi əhəmiyyət kəsb edir”.


Leyla Turan
Demokrat.az
Избранный
0
demokrat.az

1Источники