RU

Yeni hava limanı ilə bağlı qərar dəyişib

Bu gün Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq konfransda Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
 
O bildirib ki, Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat koridorlarının kəsişməsində yerləşir:
 
“Nəzərdə tutduğumuz o idi ki, bu hava limanı ancaq yükdaşımalarda istifadə olunsun, ancaq bu gün qərar dəyişib. Hava limanı tikiləndən sonra bizim investorlar çox əlverişli şəraitlə təmin olunacaq”.
Избранный
0
23
moderator.az

10Источники