RU

ABŞ-Filippin birgə hərbi təlimində hədəf alınacaq gəmi səhvən batıb

ABŞ və Filippin birgə hərbi təlimində hədəf alınmalı olan gəmi vaxtından əvvəl suya batmasından sonra birgə təlimin bir hissəsi ləğv edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Filippin hərbi rəsmiləri məlumat yayıb.

"Salaknib və Balikatan (SABAK)" birgə hərbi manevrin ikinci ayağı olan "Balikatan" çərçivəsində batması planlaşdırılan "BRP Miguel Malvar" adlı gəminin təlimdən əvvəl Zambales əyaləti sahillərində sulara qərq olub.

Filippin Hərbi Dəniz Qüvvələrinin kapitanı Con Persi Alkos verdiyi açıqlamada gəminin İkinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri üçün tikildiyini, daha sonra müvafiq olaraq Vyetnama və Filippinə getdiyini və Manilanın 2021-ci ildə gəmini istismardan çıxardığını bildirib.

 

Избранный
0
operativmm.az

1Источники