RU

Rusiyada internet problemi yaranıb

Rusiyada

Bu gün Rusiyada internet provayderləri və mobil operatorların işində ciddi problem yaranıb.

Reyting.az
xəbər verir ki, istifadəçilər bir anda bir neçə provayderdən rabitə və internet bağlantılarında kəsilmələrdən şikayətlənirlər.

Problem “Beeline”, “Megafon”, MTS, T2, “Rostelecom”, “Yota” və “Downtector” tərəfindən təsdiqlənir.

Provayderin kəsilməsindən sonra bank proqramları, bir sıra xidmətlər, o cümlədən “Telegram” və “WhatsApp”da da problemlər yaranıb.

Rusiya hakimiyyəti bildirib ki, rabitə problemləri Moskvada Qələbə paradına hazırlıq və onun keçirilməsi ilə bağlıdır və mayın 9-dək davam edə bilər.

“Davam edən bayram tədbirlərinin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar internetə girişdə məhdudiyyətlər mümkündür”, - deyə qeyd olunur.

E. KAMAL
Избранный
0
reyting.az

1Источники