RU

Simonyan Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham etdi...


Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya ilə bağlı yeni qalmaqallı bəyanatla çıxış edib. Ermənistana qarşı hibrid müharibə aparıldığını deyən Simonyan bununla bağlı Rusiyanın adını çəkib və çoxlu pullar xərclədiyini deyib.

Onun sözlərinə görə, bu işə erməni soyadlı bəzi rusiyalı ekspertlər də cəlb olunur, “hakimiyyəti dəyişməyə”, mitinqlər elan etməyə çalışırlar. Simonyan əmindir ki, bu cəhdlər 2026-cı il seçkilərinə qədər fəallaşacaq və əks-effekt verəcək, "Vətəndaş müqaviləsi"nin reytinqi ikiqat artacaq.

Ümumən Simonyan xalqa güvəndiyi üçün çevriliş təhlükəsini görmür. Onun sözlərinə görə, 2020-ci ildən oxşar cəhdlər edilir və heç bir nəticə də yoxdur.

Hibrid müharibənin səbəblərindən danışan Simonyan qeyd edib ki, Ermənistanın müstəqilliyi hamının xoşuna gəlmir. “Onların fikrincə, Ermənistan hər zaman hansısa mərkəzdən asılı, "böyük qardaşı" olmalıdır və düşünməlidir ki, "böyük qardaş" və ya super güc olmasa, yeyiləcək və varlığını ona borcludur”.

ZÜMRÜD

Избранный
0
4
baki-xeber.com

5Источники