RU

Rusiya-ABŞ münasibətlərinin normallaşması bütün dünyanın marağındadır

Rusiyanın BMT-dəki (BMT) daimi nümayəndəsi Polyanski bəyan edib ki, Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlar Ukrayna münaqişəsinin həllindən daha genişdir və bu normallaşma bütün dünyanın marağındadır.

Editor.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Dmitri Polyanski deyib. Rusiya və ABŞ hələ də danışıqlar prosesinin başlanğıcındadır.

Bu prosesin çox vacib olduğunu qeyd edən rusiyalı diplomat sözlərini belə davam etdirib:

“Rusiya və ABŞ-ın normallaşma səyləri Ukrayna böhranının mümkün həlli ilə bağlı danışıqlarımızdan qat-qat böyükdür. Bu, şübhəsiz ki, iki ölkəni münasibətlərin normallaşmasına yaxınlaşdıra bilər ki, bu da təkcə Rusiya və ABŞ-ın deyil, bütün dünyanın marağında olardı. Düşünürəm ki, bu, danışdığımız tərəfdaşlar arasında üstünlük təşkil edən fikirdir”.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
0
editor.az

1Источники