RU

İsrail Ordusu Əsəd rejiminə məxsus qərargahı ələ keçirib

Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, sözügedən qərargahda çoxsaylı bunkerlər və silah-sursat, o cümlədən artilleriya topları, raket və raket qurğuları, minaatanlar, partlayıcı maddələr və minalar aşkarlanıb.

Keçən il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejimi müxalif qüvvələr tərəfindən devrildiyi vaxtdan etibarən İsrail Silahlı Qüvvələri bu ölkə ilə sərhəddə yerləşən "Colan təpələri" adlı mübahisəli ərazidə hərbi əməliyyatlar keçirib. Əməliyyatlar çərçivəsində indiyədək Əsəd rejiminə məxsus 9 qərargah ələ keçirilib. Məlumata görə, hərbi əməliyyatların məqsədi "düşmən qüvvələrin” əlinə keçərsə, İsrail üçün təhlükə yarada biləcək" silah-sursatın, texnikanın ələ keçirilməsi, Suriyanın cənubunun tamamilə silahsızlaşdırılması və istənilən silahlı qruplaşmanın, o cümlədən yeni Suriya hökumətinin orada möhkəmlənməsinin qarşısın alınmasıdır.

Firudin Həmidli
AzVision.az
Избранный
0
azvision.az

1Источники