Mayın 6-da səfərdə "İnter"lə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçına çıxacaq (ilk oyun 3:3) "Barselona"nın yarımmüdafiəçisi Qavi zədələnib.
Fanat.Az xəbər verir ki, 20 yaşlı futbolçu İspaniya La Liqasının 34-cü turu çərçivəsində "Valyadolid"ə qarşı keçirdikləri görüşdə (2:1) xəsarət alıb.
Sözügedən matçın 79-cu dəqiqəsində ombasını tutaraq qazon üzərində qalan Qavi müdafiəçi Erik Qarsiya ilə əvəzlənib. Gənc oyunçunun "İnter"ə qarşı oynayıb-oynamayacağı barədə məlumat yoxdur.
Qeyd edək ki, cari mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 36 matça çıxan Qavi 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat