Ruminiyada prezident seçkilərinin birinci turu başa çatıb.
Busaat.az bu barədə Türk medyasına istinadən xəbər verir.
Ölkədə bu gün keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb və sonra səslərin sayılmasına başlanılıb. İlkin nəticələrə əsasən, heç bir namizəd 50 faiz səs toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalıb.
Səslərin 97 faizindən çoxu sayıldıqdan sonra, ən yüksək nəticəni təxminən 40 faiz səslə sağçı Ruminya Birlik Alyansı (AUR) lideri Corc Simion əldə edib. Hakim koalisiyanın dəstəklədiyi sabiq senator Krin Antonesku isə 20,7 faiz səslə ikinci yerdə qərarlaşıb.
Müstəqil namizəd, Buxarestin meri Nikusor Dan 20,5 faiz səs toplayıb. Sabiq baş nazir Viktor Pontanın səs faizi təxminən 14 olub. Rumıniyanın Qurtuluş İttifaqı (USR) lideri Elena Laskoninin nəticəsi isə 2,6 faizlə kifayətlənib.
Aqil Nuriyev
Busaat.az