RU

Tibb bacısı 15 yaşlı ögey oğlu ilə cinsi əlaqədə ittiham olunur

ABŞ-da qadın 15 yaşlı ögey oğlu ilə cinsi əlaqədə olmaqda ittiham olunaraq işini itirib. Bu barədə Law&Crime yazır.

Ocaladan olan 35 yaşlı Aleksis Von Yeyts yetkinlik yaşına çatmayan uşağa cinayət törətməkdə ittiham olunduqdan sonra tibb bacısı lisenziyasını itirib. Yeyts 2024-cü ildə anonim mənbənin onun ərinin oğlu ilə intim münasibətdə olduğunu dedikdən sonra həbs edilib. İttihamların xarakteri onu deməyə əsas verir ki, onların münasibətləri zamanı oğlanın 12-16 yaşı var idi.

Dindirilmə zamanı oğlan etiraf edib ki, yay tətilində atasının yanına gedəndə ögey anası onu aldadıb. "Onun əri gecə işləyirdi. Uşaq ögey anası ilə vaxt keçirir, o isə kiçik qardaş və bacılarına baxırdı. Saat 23 radələrində onlar divanda oturub elektron siqaret çəkir və video oyunlar oynayırdılar. Bir neçə saatdan sonra onlar filmə baxmaq qərarına gəliblər", - məhkəmə sənədlərində deyilir. Onlar filmə baxarkən “darıxıblar”. Yeyts oğlanı soyunduraraq onun cinsi orqanlarını oxşamağa başlayıb . Bundan sonra cinsi əlaqədə olublar. Tibb bacısı bunu təsadüfən tanışlarından birinə bildirib və bundan sonra məsələnin üstü açılıb.

Yeytsin həbsindən sonra Florida Səhiyyə Departamenti onun lisenziyasını dayandırmaq üçün hərəkətə keçdi. Rəsmilərin fikrincə, Yeytsin hərəkətləri özünü və peşəsini gözdən salıb. Bununla belə məhkəmədə Yeyts özünü təqsirli bilməyib.

Bundan əvvəl Amerikanın Texas ştatından olan müəllimin orta məktəb şagirdini cinsi əlaqəyə şirnikləndirdiyinə görə həbs edildiyi bildirilirdi. Araşdırma zamanı məlum olub ki, qadın məktəblini bir neçə dəfə evinə aparıb, onunla cinsi əlaqədə olub.

Əziz Mustafa, Oxuməni.az

Избранный
0
oxumeni.az

1Источники