RU

Azarov: Ukraynanın ABŞ ilə mineral razılaşması ölkə üçün alçaldıcı sənəddir – ÖZƏL

Ukraynanın sabiq baş naziri Nikolay Azarov ABŞ ilə imzalanan mineral resurslar üzrə razılaşmanı "Kiyev rejiminin əzablarının davamı" adlandırıb. 

Olaylar.az xəbər verir ki, o, Rossiya-24 telekanalına verdiyi açıqlamada bildirib ki, bu razılaşma Ukrayna xalqı üçün dərin bir alçalma deməkdir.

"Guya ölkəyə investisiya fondu ayrılacaq, inkişaf olacaq, nəsə qurulacaq... Amma bu, əslində, suveren bir ölkənin bütün resurslarını başqasına verməyə məcbur edilməsidir," - deyə Azarov qeyd edib.

Mayın 1-də Ukrayna hökuməti ABŞ ilə imzalanan mineral razılaşmasının mətnini dərc edib. Sənədi araşdıran bir çox media orqanları və parlament üzvləri sənədin Ukraynanın iqtisadi suverenliyinin bir hissəsinin itirilməsi anlamına gəldiyini bildiriblər. Razılaşma ABŞ-yə Ukrayna mineral resurslarına uzunmüddətli imtiyazlı çıxış hüququ verir, lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisində tez-tez müzakirə olunan təhlükəsizlik zəmanətləri sənəddə yer almır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
olaylar.az

1Источники