RU

Naniyə Bakıda keçiriləcək mundialda futbol oynamağa İCAZƏ VERİLMƏYİB

Portuqaliya millisinin keçmiş futbolçusu Luiş Nani yığmasının heyətində Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında oynamaq istəyib.

İdman.biz xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.

Onun sözlərinə, 38 yaşlı veteran yarımmüdafiəçi bununla bağlı Dünya Minifutbol Federasiyasına müraciət edib: "Tərəflər arasında onlayn görüş keçirilib. Minifutbolda peşəkar oyunçular üçün müəyyən edilən limitə görə Naninin mundialda iştirakına icazə verilməyib. Bildirilib ki, keçmiş futbolçu qarşıdakı Avropa çempionatında yığmanın heyətində çıxış edə bilər".

Hüseynov qeyd edib ki, beynəlxalq qurum dünya miqyasında minifutbolun populyarlığını artırmaq üçün Slovakiya millisinin sabiq kapitanı Marek Hamşik və hazırda "Fənərbağça"da çıxış edən Bosniya və Herseqovina yığmasının hücumçusu Edin Cekonu da bu idman növünə cəlb etmək niyyətindədir.

İdman.biz

Избранный
0
2
idman.biz

7Источники