Bu gün Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovun belaruslu həmkarı Aleksandr Turçinlə təkbətək görüşü başlayıb.
Bu barədə Moderator.az-a Belarus hökumətinin mətbuat xidmətinə istinadən məlumat verib.
Əli Əsədov Belarus Baş nazirini səmimi qarşılayıb.
Qısa salamlaşmadan sonra tərəflər xatirə şəkli çəkdiriblər.
Daha sonra geniş tərkibdə görüş keçirilib.