RU

Aleksander-Arnold "Liverpul"dan ayrılacağını bəyan etdi

Trent Aleksander-Arnold cari mövsümün sonunda "Liverpul"dan ayrılacağını bəyan edib.

Fanat.Az xəbər verir ki, müdafiəçi növbəti mövsümə "qırmızılar"ın heyətində başlamayacağını sosial şəbəkə hesablarında açıqlayıb.

"Liverpul"un öz yetirməsi olan 26 yaşlı futbolçunun müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, o, Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 352 oyunda 23 qol və 92 məhsuldar ötürmə ilə yadda qalıb. Aleksander-Arnoldun "Real"a keçəcəyi gözlənilir.

Избранный
0
fanat.az

1Источники