RU

Braziliyalı futbolçu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb

Bakı, 5 may, AZƏRTAC

İngiltərənin "Fulhem" komandasının oyunçusu Villian Premyer Liqada rekorda imza atıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı braziliyalı yarımmüdafiəçi Canubi Amerikadan olan futbolçular arasında İngiltərə çempionatında oyun sayına görə (326) birinci olub. O, bunu “Aston Villa”ya 0:1 hesabı ilə uduzduqları matçda meydana çıxmaqla reallaşdırıb. Braziliya millisinin sabiq üzvü bu göstəricidə 2006-2019-cu illərdə "Uiqan" və "Mançester Yunayted"in heyətində Premyer Liqada 325 görüş keçirən ekvadorlu Antonio Valensiyanı qabaqlayıb.

Qeyd edək ki, Villian İngiltərədə “Çelsi” və “Arsenal” klublarının da formasını geyinib.

Избранный
0
azertag.az

1Источники