“Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt “Mançester Siti”nin maraq dairəsindədir.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” ingiltərəli oyunçu üçün yayda hərəkətə keçəcək. Onun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.
Morqan cari mövsümdə “meşəçilər”in heyətində 34 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.