RU

Sevastopolda Qələbə paradı keçirilməyəcək

BAKI, 5 may. TELEQRAF

Səvastopol şəhərində 1941–1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə bu il parad keçirilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvojayev bildirib.

Onun sözlərinə görə, belə qərar təhlükəsizlik səbəblərinə görə verilib və Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılıb.

Qubernator qeyd edib ki, tədbirlərin tam cədvəli ictimaiyyətə açıqlanmayacaq. Buna baxmayaraq, şəhərdə Qələbə Günü münasibətilə bir sıra tədbirlər planlaşdırılıb.

Избранный
0
teleqraf.com

1Источники