RU

İran ABŞ ilə nüvə proqramı üzrə danışıqları davam etdirməyə hazırdır

Tehran Vaşinqtonla İranın nüvə proqramı ətrafında böhranın həlli məsələsi üzrə dolayı danışıqları davam etdirməyə hazır olduğunu və vasitəçi rolunu oynayan Omandan növbəti görüşün tarixini və yerini gözlədiyini bildirib.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransında bildirib.

"Mayın 3-nə planlaşdırılan növbəti məsləhətləşmələr raundunun təxirə salınması vasitəçinin təşəbbüsü və hər iki tərəfin razılığı ilə həyata keçirilib. Bu danışıqların gələcəyi ilə bağlı İran Omandan məlumat gözləyir. Omanlı dostlarımız vaxtı, yeri razılaşdıracaq və bizi məlumatlandıracaq", - o bildirib.

İ.Bəqainin sözlərinə görə, Tehran artıq sübut edib ki, nüvə proqramı ilə bağlı bütün məsələlərin həllində diplomatik yola sadiq qalacaq.

Qeyd edək ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə İslam Respublikasının nüvə proqramı ətrafında böhranın həlli üzrə üç raund danışıq aparıb. Birinci raund aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə aprelin 26-da yenidən Maskatda keçirilib. İran nümayəndə heyətinə danışıqlarda XİN başçısı Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir.

Избранный
0
xezerxeber.az

1Источники