RU

Avropa Komissiyası Estoniyadan olan rəsmisinə qarşı araşdırmaya başladı

Avropa Komissiyası yüksək vəzifəli Estoniya məmuru Henrik Hololei haqqında etik qaydaların pozulması iddiaları ilə bağlı daxili araşdırmaya başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" AK daxili sənədlərinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, istintaq hədiyyə qəbulunun şəffaflığı və məlumatların icazəsiz açıqlanması ilə bağlı iddia edilən pozuntulara aiddir.

Qeyd olunub ki, Hololei istintaqla bağlı rəsmi şəkildə martın 21-də məlumatlandırılıb. İstintaqın nəticələrindən asılı olaraq, o, işdən çıxarılma və pensiyasının azaldılması da daxil olmaqla intizam tənbehi ilə üzləşə bilər.

Bildirilib ki, 2024-cü ilin noyabrında Avropa Dövlət Prokurorluğu Avropa Komissiyasının Nəqliyyat Direktorluğunun keçmiş baş direktoru Henrik Hololeiyə qarşı antikorrupsiya araşdırmasına başlayıb. Bu, Avropa mediasında rəsminin "Qatar Airways" biznes-klassı ilə çoxsaylı bəyan edilməmiş səfərləri, dəbdəbəli mehmanxanalarda qalması və  Qətərdə alış-veriş səfərləri , o cümlədən ailəsi ilə səfərləri haqqında məlumatları özündə əks etdirən xəbərlərdən sonra olub.

Səfərlər Hololeinin  Aİ -Qətər “açıq səma” sazişi üzərində işlədiyi vaxta təsadüf edib və bu, "Qatar Airways"ə Avropa hava limanlarına daha geniş çıxış imkanı verib. İddiaların üzə çıxmasından sonra Hololei baş direktor vəzifəsindən istefa verib.

Mina Mikayılova

Избранный
0
bakivaxti.az

1Источники