RU

Dünyanın siyasi xəritəsində çox böyük dəyişikliklər olacaq: “Rusiyanın Ukraynaya qalib gəlməsi…”

“1945-ci ildə “Yalta konfrası” ilə konturları çizilmiş və müharibədən dərhal sonra tətbiq olunmuş Yeni Dünya Nizamı Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə sona çatdı. Artıq hər kəsə aydındır ki, yeni bir dünya sistemi qurulur ki, var olan dövlətlər və millətlər yeni dünyada öz mövcudluqlarını, təhlükəsizliklərini və dövlətçilik ənənələrini qorumağa, təmin etməyə çalışırlar. Yeni dünyanın bir qütblü, yoxsa çox qütblü olacağı ən çox müzakirə olunan mövzulardandır. Aydın olan bir həqiqət var ki, bu da dünyanın siyasi xəritəsində çox böyük dəyişikliklərin olacağı reallığıdır”.

Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

O bildirib ki, adətən qlobal dəyişikliklərin katalizatoru pandemiyalar, böyük savaşlar və ya kütləvi aclıqlar olur:

“Yeni dünyada müstəqilliyinə və bütövlüyünə ən çox təhdid olan ölkələrdən biri Moldova Respublikasıdır. Bu ölkə yalnız iki ölkə ilə qonşudur-Ukrayna və Rumıniya ilə, üstəlik dənizə də çıxışı yoxdur. Kiçik əraziyə, azsaylı əhaliyə malikdir. Bu ərazinin də önəmli hissəsi “Dnestryanı” bölgədir ki, buraya da Rusiyaya bağlı separatçılar nəzarət edir. Qaqauziya muxtar bölğəsi də uzun illərdir rəsmi Kişniyovla münasibətlərdə ciddi problemlərlə üzləşirlər.

Sosial-iqtisadi problemlər səbəbindən əhali Qərb ölkələrinə üz tutur ki, bu da əhalinin azalmasına səbəb olur. Statistik məlumatlara görə, Moldovanın əhalisi son səkkiz ildə 300 min nəfərdən artıq azalıb. Rusiya Moldovaya qarşı ərazi iddialarını heç vaxt gizlətmir və uzun onilliklərdir ki, orada separatizmi dəstəkləyir, hətta dini etiqat baxımından xristian-provaslav olan Qaqauzlarla da əlaqələr qurulur. Lakin moldovalılar milli mənsubiyyət etibarilə özlərini rumın olaraq görürlər. Məlumat üçün deyim ki, Moldoviyanın rəsmi dövlət dili “Rumın dili”dir”.

“Rusiyanın Ukraynaya təcavüzü,ölkənin dört vilayətini və Krımı “referendumla” özünə birləşdirməsi, sözsüz ki, Moldova üçün də ciddi təhdid və risklər yaradır. Ümumiyyətlə, Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyada qalib gəlməsi keçmiş sovet respublikalarının bir çoxuna ciddi risklər yaradır”,- deyə politoloq bildirib.

//Gülnarə Abasova, Editor.az

Избранный
0
editor.az

1Источники