İstanbulun Eminönü səmtində tramvayda iki qadın sərnişin arasında oturacaq üstündə başlayan mübahisə fiziki qarşıdurmaya çevrilib.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, mübahisə qısa müddətdə söyüş və təpiklərlə davam edən davaya çevrilib.
Hadisə digər sərnişinlərin müdaxiləsi ilə sona çatıb. Yaşanan anlar mobil telefon kamerası ilə qeydə alınıb.