
Xalq artisti Akif İslamzadənin ailəsində xoş gün yaşanıb.77 yaşlı sənətçinin övladı Ayxanın toyu olub. Məclis paytaxtın dəbdəbəli məkanlarından birində təşkil edilib.Ayxan sevib-seçdiyi xanımla ailə həyatı qurub. Tanınmış sənət dostları Akif İslamzadəni bu xoş günündə tək qoymayıb.Məclisdə bir sıra Xalq və Əməkdar artistlər iştirak ediblər. Onlar arasında Xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Aygün Səmədzadə, Baba Vəziroğlu, Əməkdar artistlər Sevda Ələkbərzadə, Bəhram Bağırzadə, Abbas Bağırov, Ədalət Şükürov, o cümlədən tanınmış aparıcılar Emin Musəvi, Ceyhun Əli, Orxan Fikrətoğlu və başqaları olublar.
Sənətçilər məclis boyunca sevilən ifalarını səsləndirərək qonaqların ürəyini oxşayıblar.
Toyda Akif İslamzadə çıxış edərək yeni ailə quran övladı Ayxana arzularını və xoş sözlərini çatdırıb. Daha sonra isə övladı ilə qarşılıqlı şəkildə rəqs edib. (baku.ws)[video=]✍️"Ulusum".az
Diqqət Çəkənlər
Hava Proqnozu 5 May 2025
Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO
Selçuk Bayraktar: “TEKNOFEST bir millətin oyanış hekayəsidir"