RU

Bakı funikulyoru 65 yaşında – Paytaxtın simvoluna çevrilən nəqliyyat vasitəsi

Bu gün Azərbaycanda yeganə olan Bakı funikulyorunun 65 yaşı tamam olur.

Bakı funikulyoru tanınmış dövlət xadimi, Əməkdar mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib.

İlk dəfə 1960-ci il mayın 5-də istifadəyə verilən funikulyorun qatarları SSRİ zamanında xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib. Funikulyor “Bəhram Gur” və “Şəhidlər xiyabanı” olaraq iki stansiyadan ibarətdir.

image-8

Hər iki stansiyadan vaqonlar eyni vaxtda eyni relslə stansiyanı tərk edir, yolun tam yarısında bir-biri ilə qarşılaşanda ayırıcı relslərlə ötüşürlər. Vaqonlar bir-birini ötüb keçdikdən sonra yenidən eyni relslə hərəkət edirlər.

image-funikulor_1200

Stansiyalararası məsafə 455 metr, qatarın maksimal sürəti saniyədə 3 metr, vaqonlarda oturacaq sayı 28, yolu qətetmə zamanı dörd dəqiqədir.

Müxtəlif vaxtlarda təmirə bağlanan funikulyor sonuncu dəfə 2012-ci il mayın 23-də əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.

Избранный
0
1
busaat.az

2Источники