RU

Siyasi şərhçi: "Zaman-zaman rusiyapərəst "ziyalıların" efirlərdə görünməsi..."

"Təcili sürətdə ABŞ və Avropa ilə ilə münasibətlərə yenidən baxmalıyıq"


"Rusiya münasibətlərimizlə bağlı özünü çox arxayın aparır və düşünür ki, Ukrayna ilə "haqq hesabı " çürütdükdən sonra Azərbaycanı çox rahatlıqla "geri alacaq".

Bu barədə Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Ekspert vurğulayıb ki, bunun üçün müəyyən əsasları da var: 

"Zaman-zaman rusiyapərəst "ziyalıların" efirlərdə görünməsi mövzunu gündəmdə saxlamaq məqsədini güdür. Narahat olmalıyıq və gələciymizin qarantını təmin etməliyik. Ukrayna ABŞ ilə mədən sazişi bağlamaqla bu qarantiyanı almış oldu. Biz isə Avropa İttifaqı ilə korlanmış münasibətlər müstəvisində təklənə bilərik.Müttəfiqimiz qardaş Türkiyədə ciddi daxili problemləri var. İran isə əlində bel qəbrimizi qazmağa hazırdır.Təcili sürətdə ABŞ və Avropa ilə ilə münasibətlərə yenidən baxmalıyıq. Demokratiyanın inkişafı istiqamətində ciddi addımlar atılmalıdır. Konstituisya reforması keçirilməi və parlamentli respublika idarəçiliyinə keçilməlidir".
Избранный
0
sherg.az

1Источники