RU

Nazirlikdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizdə tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində son illər aparılan islahatlar barədə məlumat verib. Əlilliyin qiymətləndirilməsi sahəsində 2022-ci ilin iyul ayından mütərəqqi dünya təcrübəsi əsasında tətbiq olunan yeni meyarların önəmi qeyd edilib.

Reabilitasiya vasitələri ilə təminat sisteminin gücləndirilməsi istiqamətində ÜST ilə əməkdaşlıq şəraitində atılan mühüm addımlar diqqətə çatdırılıb. Bildirilib ki, dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısına son illər yeni əlavə və dəyişikliklər edilib və siyahı yeni bir sıra reabilitasiya vasitələri növləri də daxil edilməklə əhəmiyyətli dərəcədə genişləndirilib.

Ölkəmizdə bərpa-müalicə müəssisələri şəbəkəsinin genişləndirilməsi və infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində əldə olunan nailiyyətlərdən bəhs olunub. Əlillik və reabilitasiya sahəsində tətbiq olunan rəqəmsal həllər, əlilliyi olan şəxslərə dair Fərdi Reabilitasiya və Abilitasiya Proqramının tətbiqi üzrə informasiya sisteminin, əlilliyi olan şəxslərin reyestrinin yaradılaraq istifadəyə verildiyi diqqətə çatdırılıb.

Qeyd olunan sahələrdə islahatlar prosesində ÜST ilə davamlı əməkdaşlığın önəmi vurğulanıb. H.Harmancı səmərəli əməkdaşlıq əlaqələrinin uğurla davam etməsindən məmnunluğunu ifadə edib. Görüşdə Nazirlik ilə ÜST arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunubQeyd olunan sahələrdə islahatlar prosesində ÜST ilə davamlı əməkdaşlığın önəmi vurğulanıb. H.Harmancı səmərəli əməkdaşlıq əlaqələrinin uğurla davam etməsindən məmnunluğunu ifadə edib. Görüşdə Nazirlik ilə ÜST arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunubQeyd olunan sahələrdə islahatlar prosesində ÜST ilə davamlı əməkdaşlığın önəmi vurğulanıb. H.Harmancı səmərəli əməkdaşlıq əlaqələrinin uğurla davam etməsindən məmnunluğunu ifadə edib. Görüşdə Nazirlik ilə ÜST arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. 

 

Избранный
0
5
qht.az

6Источники